AQTA əməkdaşları İzmirdə təlimdə olub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Türkiyənin İzmir şəhərində yerləşən Qida və Heyvandarlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən “HACCP tətbiqinin yoxlanması” təlimində iştirak ediblər.

Foodinfo.az xəbər verir ki, 5 gün davam edən təlim HACCP-ın əsas prinsipləri, risk qiymətləndirilməsi, təhlükənin təhlili və nəzarət tədbirləri, həmçinin nəticələrin qiymətləndirilməsi mövzularını əhatə edib. Nəzəri və praktiki hissələrdən ibarət olan təlim çərçivəsində əməkdaşlar quru meyvə, süd və süd məhsulları istehsal edən müəssisələrdə HACCP standartına uyğun yoxlamalarda və yekun nəticələrin müzakirəsində iştirak ediblər.

Təlimin son günü iştirakçılara sertifikatlar təqdim olunub.

 

Tarix: / Foodinfo