Tanınmış jurnalistin aldığı çörək kifli çıxdı (FOTO)

Jurnalist Səbuhi Məmmədli “EVİAR MMC” şirkətinin istehsalı olan “Borodinskiy” çörəyindən şikayətçi olub.

Foodinfo.az xəbər verir ki, bu barədə o, öz “Facebook” hesabında yazıb. ”Şəkərim olduğuna görə, demək olar ki, hər gün bu çörəkdən alıram. Çörəyin istehsalçısı EVİAR MMC-dir.
Şəkildən göründüyü kimi isifadə müddəti bugün (red: 14 aprel) sona yetir. Amma dünəndən kif bağlayıb, çörəyin üst qatı qəribə şəkildə “qırışıb”.
Yəqin mənim kimi yüzlərlə insan bu şirkətin məhsulunu hər gün alır. Olmaz, vallah belə olmaz. Bu cinayətdir. Ayıblıqdan keçib artıq” – deyə jurnalist qeyd edib.
Xatırladaq ki, xüsusi pəhrizdə olan şəxslər bu çörəklərdən istifadə edir.

Qeyd edək ki, S.Məmmədli çörəyi Araz Supermarketlər Şəbəkəsinim mağazasından alıb.

Şirkətin mövqeyini dərc etməyə hazırıq.

Aysel

Tarix: / Foodinfo