Bu yağları istifadə etməyin: xəstəlik və ölüm riskini artırır

Heyvan və bitki mənşəli olan yağlar ayrı-ayrılıqda faydalıdır. Amm mütəxəssislər qarışıq tərkibli yağların insan orqanizmi üçün həddindən artıq ziyanlı olduğunu düşünür. Türkiyənin tanınmış həkimi Dr. Alpaslan Tanoğlu hesab edir ki, qarışıq tərkibli yağlardan istifadə edən insanlarda infarkt keçirmə riski üç qat daha çoxdur. Mütəxəssis hesab edir ki, bu yağlar daha gənc yaşlarda ürək böhranı və ölüm riskinə səbəb olur. Bəs görəsən qarııq tərkibli yağların ziyanı nədir?

Foodinfo.az mütəxəssis rəylərinə uyğun olaraq bu yağların ziyanları barəsində araşdırmanı təqdim edir:

Qarışıq tərkibli yağlarda insan bədəninə lazım olan zəruri yağ turşuları olmur. Məhz buna görə də öncə bədəndə yağ tarazlığını pozur, xolesterolun səviyyəsinin artırmasına gətirib çıxarır. Bu isə ürək-damar problemlərinin başlanğıc nöqtəsidir.

Amma zərərli təsirlərinə baxmayaraq hal-hazırda bu cür yağların istifadəsi geniş yayılıb. Səbəb isə qiymətinin ucuz olmasıdır.

Gündəlik istehlak edilən qidalarda qızartmaların yerinə qaynadılmış yeməklər seçilsə yaxşı olar. Yağ olaraq isə marqarin yerinə zeytun, soya, qarğıdalı yağı kimi təbii yağlar, yeməklərin hazırlanmasında isə kərə yağı seçilməlidir. Həmçinin meyvə-tərəvəzə üstünlük verilməsi vacib şərtdir.

Unutmayın ki, ucuzdur deyə aldığınız hər qida, istifadə etdikdən sonra sizi apteklərdəki bahalı dərmanlara foğru aparacaq.

Hazırladı: Aysel

Tarix: / Foodinfo