Gələcəyin qidası: Paxlakimilər

Zülal kütləsi yüksək paxlakimilər həm insan sağlamlığı, həm də istehsalında az suya ehtiyac duyulması və torpaq məhsuldarlığı kimi ətraf mühitin qorunmasına yönəlmiş faydası ilə “gələcəyin qidası” olaraq görülür.

Foodinfo.az-ın məlumatına görə, BMT Qida və Əkinçilik Təşkilatının məlumatına görə (FAO) bir kiloqram mərcimək ya da yaşıl noxudun yetişməsi üçün 50 litr su lazımdırsa, bir kilo toyuq əti üçün 4325 litr, bir kilo ət üçün isə 13 min litr suya ehtiyac var.

Buna görə də yüksək protein yükü olan paxlakimilər həm insan sağlamlığına xeyirdir, həm də ətraf çühitin qorunmasına faydalıdır.

Tərkibi enerji, zülal, vitamin və liflə zəngin olan paxlakimilər həm də uzun illər saxlana bilir. “Ətraf mühitin dostu” hesab edilən bu bitkilər daha az su və gübrətə ehtiyac duyur. Gələcəkdə təbii ehtiyatların tükəndiyi zaman insanların daha çox bitki mənşəli zülallar xüsusilə də paxlakimilərə üstünlük verəcəyi düşünülür.

Fərid