Kətə festivalı keçiriləcək

Aprelin 16-17-də “Naxçıvanqala“ Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Kətə” festivalı təşkil olunacaq.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalda muxtar respublikanın rayonlarından və Naxçıvan şəhərindən 200-ə yaxın kətə bişirən, o cümlədən təsərrüfat subyekti iştirak edəcək.

Festivalda “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqə təşkil ediləcək. Hazırlanan kətələr görünüşü, çeşid müxtəlifliyi və dadına görə münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qeyd edək ki, hər il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil edilən “Göycə”, “Arıçılıq məhsulları – bal”, “Milli geyimlər festivalı”, “Ailə təsərrüfatı məhsulları” festivalı və “Kətə” kimi festivallara çox sayda turist də qatılır.

 

Tarix: / Foodinfo