Şəkərli içkilərə vergi tətbiq ediləcək

Ötən ildən başlayaraq Estoniyada tərkibində 100 millilitr hesabına beş qramdan artıq şəkər olan içkilərə vergi tətbiq edilir. Maliyyə Nazirliyindən bildirilib ki, şəkərli içkilər üçün vergi tutulmasında əsas məqsəd “istehsalçıları içkilərə daha az şəkər qatmağa, istehlakçıları isə tərkibində daha az şəkər olan içkilər içməyə vadar etməklə sağlamlıqla bağlı davranışlara təsir göstərməkdir”

Qanuna əsasən, tərkibində hər 100 millilitr hesabına 5-8 qram şəkər olan içkilərin bir litrinə 0,10 avro (təxminən 20 qəpik) vergi müəyyənləşdirilib. İçkinin tərkibindəki şəkərin miqdarından asılı olaraq, bu göstərici də üç dəfəyə qədər artırılır. Tərkibində süni şirinləşdirici olan içkilərin hər litrinə qoyulan verginin dərəcəsi isə 0,10 avrodur. Estoniya hökuməti bu vergini tətbiq etməklə yanaşı, içkilərin tərkibindəki şəkərə də mərhələlər üzrə məhdudiyyət qoymağı planlaşdırıb. Bu il ölkədə istehsal olunan içkilərdə şəkərin maksimum səviyyəsi 100 millilitr hesabına 9 milliqrama, gələn il isə 8 qrama endiriləcək.

Mənbə: Fins.az

Tarix: / Foodinfo