Vaxtsız qocalmamaq üçün bunu edin

Cavanlıq və gözəlliyin əsas düşmənləri mətbəxdə yerləşir. İstənilən yaşda yaxşı görünmək üçün heç də həmişə kosmetik prosedurlara müraciət etmək lazım deyil. Foodinfo.az-ın məlumatına görə, dietoloqlar vaxtından əvvəl qocalmamaq üçün 6 qida vərdişini açıqlayıblar.

Ərzaqları çox bişirmək lazım deyil

İstənilən tərəvəzi 20 dəqiqədən az müddətə bişirmək olar, əti isə 20-25 dəqiqəyə hazır olması üçün kiçik hissələrə bölmək olar. Belə olarsa hüceyrələr üçün əsas materiallar (zülallar, vitaminlər və minerallar) daha keyfiyyətli qalacaq. Bu isə yaşlanmanın qarşısını alır.

Qızartmalardan imtina edin

Dağ edilmiş yağlar kanseroqenlərin yaranmasına şərait yaradır, yemək ağırlaşır və istənilən faydalı maddələr orqanizmdən «yan keçir». Kanseroqenlər isə qalaraq dərini vaxtından əvvəl qocaldır.

Buxarda ya da sobada bişirməyə üstünlük verin

Hətta yeməyi qızdırarkən belə tavadan və mikrodalğalı fırından imtina edin. Ən yaxşısı isə bir dəfəyə kifayət edəcək qədər yemək hazırlayın.

Şəkərdən imtina edin

Artıq şəkər mədəaltı vəzini  daha sürətlə çalışmasına gətirib çıxarır. Bundan başqa  şirin mühitdə  mikroorqanizmlər daha sürətlə çoxalır, bu isə immun sisteminə zərər verir.

Yeməyi çox duzlu etməyin

Duz mayeni özündə saxlayır, bu da böyrəklərin işinə mane olur.

Orqanizmə yağ vacibdir

Yağsız hormonal sistem normal işinə davam edə bilməz, dırnaq və saçın uzanması gecikəcək, dəri və damarlar elastikliyini itirəcək. Bitki özüllü rafinə olunmamış yağlar ideal hesab olunur. Onların tərkibində xolesterin yoxdur, buna görə  damarı aterosklerotik lövhələrdən xilas edir və ürək-damar sisteminin gəncliyini uzadır.

Əsas olan isə tarazlığı qorumaq lazımdır. Tərəvəz və zülalların  düzgün uyğunluğu nəinki gəncliyi uzadır, həmçinin yaxşı əhval ruhiyyəyə də səbəb olur.

Tarix: / Foodinfo