Bu tortu bişirmək lazım deyil – 5 dəqiqəyə hazırd

Tort dedikdə ağlınıza 1-2 saata hazırlanan, əziyyəti çox olan şirniyyat gəlməsin. Daha tez və asan hazırlanan müxtəlif tortlar var. Hansılar ki, onları heç bişirməyə də ehtiyac yoxdur. Sizin üçün bir neçə ədəd asan hazırlanan tort reseptlərini yazdıq. Buraya basaraq digər reseptlərə də baxa bilərsiniz. .

Tərkibi

150 qr kərə yağ

180 qr bişmiş qatılaşdırılmış süd (сгущёнка)

250 qr sadə peçenye

Şokolad (1/2 плитки шоколада) .

Hazırlanma qaydası

Yağ və bişmiş qatılaşdırılmış südü (сгущёнка) birlikdə mikserlə qarışdırın.
Peçenyeləri əlinizlə əzin. Çalışın hamısı tam əzilməsin. Biraz böyük parçalar tortu gözəl göstərəcək.
Peçenye və digər qarışımı qarışdırın. Bir-birinə tam qarışdıqdan sonra forma vermək üçün tortu icindən rahat çıxara biləcəyiniz hər hansı bir qaba və ya dərin konteynerə tökün.
Şokoladı sürtgəcdən keçirin və tortun üstünü bəzəmək üçün istifadə edin.
1-2 saat soyuducuda saxladıqdan sonra süfrəyə təqdim edə bilərsiniz.
Nuş olsun!

AzadQadin.az

Tarix: / Foodinfo