AQTA-ya ittiham: “Təzə Bazarda ölü ətinin kilosunu 1 manatdan satırlar”

Haqqın.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev ölkə gündəmində hadisə ola biləcək bir iddia ilə çıxış edib.

Foodinfo.az mövzunun ictimai əhəmiyyətini nəzərə alaraq, həmin iddianı təqdim edir:

“Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı – Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır.

“Hər səhər, təxminən saat 5.00-dan – 8.00 qədər Təzə Bazarda ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu qara nöqtənin əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu qara bazardan rüşvət alır və belə cinayətlərə göz yumur…”

Məncə, bu Agentliyinin fəaliyyəti ciddi nəzarətə götürülməlidir”.

Tarix: / Foodinfo