Qoz yemək insanı depressiyadan qoruyurmuş

Aparılan elmi araşdırmalar sübut edib ki, çox miqdarda qoz yemək depressiya əlamətlərinin daha az və aşağı düşməsinə səbəb olur.

Foodinfo.az azxeber.com-a istinadən xəbər verir ki, ABŞ-da aparılan bir araşdırma qoz yeməyin depressiyaya qarşı ən yaxşı üsul olduğunu göstərib.

Araşdırma nəticəsində məlum olub ki, amerikalı yeniyetmələr arasında depresiyanın səviyyəsi daha az və aşağı düşüb. Qabıqlı çərəz yeməyənlərlə müqayisədə qoz yeyənlərin depressiya dərəcələri 26 faiz, digər qabıqlı çərəz yeyənlərin dərəcəsi isə 8 faiz aşağı düşdüyü sübut olub.

Lakin kişilərlə müqayisədə, qadınlarda depressiyanın əlamətləri daha çoxdur.

ABŞ-ın Milli Sağlamlıq və Qidalanma Araşdırması Anketində 26 mindən çox amerikalı yetkinlərə bir iki günlük müddət içərisində yedikləri qidalar ilə birlikdə son iki həftədə yaşadıqları depresiyyanın əlamətləri soruşulub.

Anket nəticələrinə görə, iştirakçılar arasında daha çox qoz yeyənlər öz işlərinə daha çox motivasiya olub daha yüksək enerji səviyyələrinə malik olublar.

Los Ancelesdəki Kaliforniya Universitetinin David Geffen Tibb Fakültəsinin Baş Araşdırmaçısı Dr.Lenore Arab qoz yeməyin sağlamlıq baxımından qida rasionuna davamlı olaraq daxil olmasının vacib olduğunun vurğulayıb.

Tarix: / Foodinfo