AQTA-ya bir ayda 1325 müraciət daxil olub

2019-cu ilin fevral ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1325 müraciət daxil olub.

AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, daxil olan müraciətlərdən 347-si sertifikatlaşdırma və qeydiyyat, 286-sı idxal-ixrac əməliyyatları, 101-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 26 müraciət daxil olsa da, onlardan yalnız 11-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 116-sı işə qəbulla, 449-u isə digər xarakterli müraciətlər olub.

Tarix: / Foodinfo