Uzun ömür sürmək üçün nələrə DİQQƏT EDƏK? – VİDEO

Azərbaycan uzunömürlülər diyarıdır. Sözün hər bir mənasında bizdə insanın özü qədər insani dəyərlər də qədim tarixə malikdir. O dəyərlər ki, müasir dünya üçün örnək qismində qəbul edilir. Lakin rəqəmlər də son 5 ildə 100 yaşlıların sayının azaldığını göstərir. Uzunömürlülər arasında “cavanlaşma” prosesinin getməsi müxtəlif fikirlərlə əsaslandırılır. Kimisi sağlam yaşam tərzinin dəyişdiyini, kimisi isə genetikanın rol oynadığını düşünür.

ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Kamal Kələntərli – 98 yaşlı sakin: “Atamın əmisi Əhəd bəy Kələntərli 114 yaşında qədər yaşamışdır. İnsanın şəxsən özündən asılıdır. Nələri valideyin görməlidir övladı üçün: Vaxtında yatmağını, vaxtında durmağını, torpaqda bəslənən təbii qidalar olmalıdır. O vaxtı yaxşı pendir gətirərdilər, bunlar insanın ömrünün uzun olmasına bir dayağdır. Mən inana bilmirəm ki, 10-15 ildir 20 ildir bəlkədə keçi südü 1 nəfər uşağa verilsin”.

Azərbaycanda uzunömürlülərin ən çox yaşadığı bölgə cənub zonasıdır. Lakin burda da yaşı 100-ü keçənlərin sayı nəzərəçarpacaq dərəcədə azalır.

Şabikə Axundova: “114 yaşım var həyətə düşə bilmirəm evdə yavaş-yavaş gəzirəm oturam–dururam . Nəsildə uzunömürlü var? Bacım var idi, qardaşım var idi” .

Sevic Hüseynova – Azərbaycan Milli Elimlər Akademiyasinin Qarayev adına Fiziologiya instutunun aparıcı elmi işçisi dasent biologiya elmlər üzrə fəlsəfə doktoru: “Əvvəlki illərə nisbətən uzunömürlülərin sayı azalıb . Demoqrafik nəticələrə görə, üzunömürlülərin 94-95-96 yaşında olanların sayı artıb . Ölkə üzrə 10 minə qədər var 100-dən çox. Amma o rəqəmlər dəqiqləşdirilməmiş, derifikasiya olunmamış rəqəmlərdir. 2 il bundan qabaq əgər Lənkəranda 140 yaxın uzunömürlü qeydə alırdıqsa bu illəri onların sayı 104 catıb”.

Ənvər Rüstəmov – Terapevt : “Qida rejiminə əməl etməlidir, yuxu rejiminə əməl etməlidir, sonra stersdən özünü qorumalıdır. Müxtəlif yoluxucu xəstəliklərdən özün qorumalıdır. Siqaret cəkməkdən imtina etməldir, yağlı qida məhsullarını qəbul etməkdən imtina etməlidir. İnsan öz resurslarını tam xərcləyə bilərsə, əlbətdə 120-150 il yaşamaq mümkündür”.

Azərbaycanda uzunömürlü insanların dəqiq sayı bəlli deyil. Ancaq onların əksəriyyəti qadınlardır. Ekspertlər qadınların ömürlərinin uzun olmasını onların fizioloji quruluşları, emosional, gərgin vəziyyətdə çox olmaması ilə izah edir.

Tarix: / Foodinfo