Tonlarla Azərbaycan tütünü Dağıstana buraxılmadı

Dağıstanın Baytarlıq və Fitosanitar nəzarət üzrə Federal Xidməti Azərbaycandan Rusiya ərazisinə 20 tona yaxın tütün məhsullarının keçirilməsinin qarşısını alıb. Foodinfo.az-ın Oxu.az-a istinadən məlumatına görə, məhsul sahibləri inzibati məsuliyyətə cəlb edilib.

“Rusiyanın Dağıstan ərazisindəki “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində aparılan karantin fitosanitar nəzarəti zamanı Azərbaycandan gələn və tütün məhsulu daşıyan yük maşınına baxış keçiriblər. Laboratoriyada araşdırmalar zamanı mallarda zərərli maddə aşkar edilib”, – məlumatda bildirilib. Malların Azərbaycana qaytarılması ilə bağlı qərar qəbul olunub.

Tarix: / Foodinfo