Bərdədə mağazadan oğurluq edən şəxs saxlanılıb

Bərdə rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb. Foodinfo.az-ın “Report”a istinadən verdiyi məlumata görə, Bərdə rayon sakini Şövqi Zərgərov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluq olduğu barədə məlumat verib.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. “İsti izlər”lə və peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Mənsur Həsənov saxlanılıb. Araşdırmalarla onun mağazadan 760 manat pul, 700 manat dəyərində mobil danışıq kartları və 500 manat dəyərində müxtəlif növ siqaretlər oğurladığı müəyyən edilib. O, ilkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix: / Foodinfo