“Bunların arxasında “leş mafiyası” durur” – Millət vəkili

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin keyfiyyətli qida ilə təminatı üçün ciddi addımlar atır. Lakin bu işlər mafioz qüvvələri narahat edir. Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri haqqında son zaman yayımlanan yazıların arxasında “leş mafiyası” durur. Onlar neçə illərdir keyfiyyətsiz ətləri əhaliyə sırımaqla məşğul olub. Mətbuat bu cür yazılar zamanı diqqətli olmalıdır. Bu cür yazıların arxasında müəyyən mafioz qüvvələrin durduğu unudulmamalıdır”.

Bu sözləri millət vəkili Çingiz Qənizadə Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib. (Publika.az)

Tarix: / Foodinfo