Depressiya üçün burun spreyini

Amerika şirkəti “Johnson&Johnson” intihara meylləri olan xəstələrdə klinik depressiyanın müalicəsi üçün burun spreyi hazırlayıb.

Reuters   xəbər verir ki, ABŞ Qida və Dərman İdarəsinin (FDA) müstəqil ekspert şurası bu dərmanı ölkədə qeydiyyatdan keçirməyi tövsiyə edib.

Nəşrə görə, bu dərmanın əsas fəal tərkib hissəsi esketamindir (esketamine). Sprey təsdiq edildikdə, yeni bir fəaliyyət prinsipi ilə 50 il ərzində ilk antidepressant olacaq. Eyni zamanda, ekspertlərin fikrincə, bu dərman bir sıra yan təsirlərə malikdir – sedasyon riski, ruhi xəstəliklər, yüksək təzyiq riski.

Fevralın 4-də məlum olub ki, uzun müddət sosial şəbəkələrdə olmaq özünə düzgün olmayan qiymət verməyə, hüsran və depressiyanın meydana gəlməsinə səbəb ola bilər. Qeyd edildiyi kimi, insanlar özlərini digər istifadəçilərin daha uğurlu görünüşləri ilə müqayisə etməyə başlayırlar, nəticədə “qorxularını gücləndirirlər”.

Depressiyanın qarşısının almaq məqsədilə, mütəxəssislər qoz yeməyi məsləhər görürlər. Məlum olub ki, hər gün 24 qram qoz-fındıq qəbul  edənlərdə depressiya 26% az  olur. (Olaylar)

Tarix: / Foodinfo