Təhlükəli qidalar bazardan geri çağırılacaq

Azərbaycanda qida məhsullarında sağlamlıq üçün təhlükəli maddələr aşkar olunacağı təqdirdə, istehsalçılar həmin məhsulları bazardan geri çağırmalı olacaqlar.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib. O bildirib ki, bu cür təcrübə hazırda avtomobil istehsalçıları tərəfindən tətbiq olunur:

“Azərbaycan üçün bu, yenilik olacaq. Əsas mexanizm ondan ibarətdir ki, agentlik və ya istehsalçılar özləri məhsulun tələblərə uyğunsuzluğunu aşkar etsə, o zaman onlar həmin məhsulları geri çağırmalıdırlar”.

Tarix: / Foodinfo