Qida təhlükəsizliyi üzrə yeni Dövlət Proqramı hazırlanıb

Azərbaycada 2019-2025-ci illərdə qida təhlükəsizliyinin təmin edilməsi üzrə Dövlət Proqramı hazırlanıb.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ictimai müzakirəsində deyib.

Q.Təhməzli bildirib ki, sənəd baxılması üçün hökumətə təqdim olunub.

Agentliyin sədri qeyd edib ki, Dövlət Proqramının hazırlanmasında müxtəlif qurumlar, o cümlədən ictimai təşkilatlar iştirak edib. (Trend)

Tarix: / Foodinfo