Azərbaycanda özəl qida laboratoriyaları yaradıla bilər

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) özəl biznesə qida məhsullarının ekspertizasını həyata keçirməyi təklif edir.

Bunu “Qida təhlükəsizliyi haqqında” qanunun ictimai müzakirələri zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, bu proses təkcə dövlətin və agentliyin səlahiyyətində olmamalıdır:

“Biz sahibkarlıq subyektlərinə müraciət etmişik və onlara özəl qida laboratoriyaları yaratmağı təklif etmişik. Bu laboratoriyalar beynəlxalq akkreditasiyadan keçməlidir. Biz agentlik olaraq onların laborator rəylərini tanıyacağıq”. (Trend)

Tarix: / Foodinfo