Şirkət salat ustası axtarır – İş var

“Artisan Bakery” şirkəti salat ustası üçün vakansiya elan edib. Foodinfo.az xəbər verir ki, 500 AZN təklif olunan işin təsviri aşağıdakı kimidir:

Şəhər: Bakı
Yaş: 22 – 35 yaş
Təhsili: Fərqi yoxdur
İş təcrübəsi: 1 – 3 il
İş şəkli: Tam gün

Namizədə tələblər:
– Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
– Xammal və məhsulların ilkin kulinar emalı qaydalarını bilməli;
– Hazırlanmada istifadə olunan inqrediyentlərin düzgün doğrama qaydasını bilməli;
– Ərzaqların saxlama müddətlərini və şərtlərini bilməli;
– Hazırlanmış məhsulların düzgün saxlanma qaydalarını bilməli;
– İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etməli;
– İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
– Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli;
– Rus dili və ya İngilis dili biliyi (orta səviyyədə) olması arzuolunandır.

İş barədə məlumat:
– Müxtəlif növ salatların və sendviçlərin hazırlanması;
– Sifarişlərin vaxtında çatdırılması və düzgün qablaşdırılması;
– Tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və çeşidlərə əsasən yerləşdirilməsi və düzülməsi.
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– Bir gün istirahət günü;
– Nahar ilə təmin edilmə.

Növbəli iş qrafiki :
– 1-ci növbə 07:00 – 15:00;
– 2-ci növbə 15:00 – 23:00.

Telefon: (055) 270-69-89

Tarix: / Foodinfo