Kartoflu bulqur plovu

Foodinfo.az bu dəfə oxuculara kartoflu bulqur plovunun reseptini təqdim edir.

Əvvəlcədən deyək ki, bu növ plov doyumlu və sağlıqlı yemək növüdür. Yemək, yanında kotlet və yaşıl salatla servis edilə bilər.

Türkiyə mətbəxinə aid bu resept “Ayşənin mətbəxi” kitabından götürülüb.

Beləliklə, kartoflu bulqur plovu (5-6 nəfərlik).

Tərkibi: 2 baş quru soğan, 4-5 yaşıl uzun bibər, 2-3 xörək qaşığı kərə yağı, 4 pomidor, 2 kartof, 1 stəkan plovluq bulqur, 2,5 stəkan qaynanmış su, duz.

Hazırlanması: soğan və bibərlər incə doğranıb yağla qovrulur. Pomidorların qabığı soyulub fındıq böyüklüyündə doğranıb, qazana əlavə edilir. Kartof da eyni şəkildə doğranıb qazana tökülür. Taxta qaşıqla qarışdıraraq 5 dəqiqə qovrulur. Sonra su əlavə edilir. Kartofların yarıbişmiş vəziyyətində yuyulmuş, süzülmüş bulqur əlavə edilir. Duz atıb bulqurlar suyunu çəkənə qədər bişirilir. Suyu çəkildikdən sonra altını söndürüb 10 dəqiqə dəmləndirib servis edilir.

Ülkər/Foodinfo.az