Bu məsləhətlər hər bir qadına lazımdır

Foodinfo.az evdar qadınlara növbət faydalı məsləhətlərini təqdim edir:

Soyuducuda xoşagəlməz qoxu əmələ gəlibsə, ora bir neçə parça ağac kömürü, ya da bir neçə dilim soğan qoyun;

Ət maşınının bıçağını ev şəraitində narın sumbata kağızı vasitəsilə itiləmək olar;

Balıq iyi verən qabı soyuq su və duz ilə yuduqda iy gedir;

Təzə alınmış emallı qazanda ilk dəfə su, təzə alüminium qazanda isə ilk dəfə süd qaynatmaq lazımdır;

Borş, şorba, qovurma bişirilən qazandan xoşagəlməz qoxu gəlirsə, qabı yuduqdan sonra ağzınadək su ilə doldurub 2-3 saat saxlamaq lazımdır;

Mətbəxdəki qab-qacaqdan turşu, sarımsaq və başqa kəskin qoxular gəlirsə onları sirkə qatılmış su ilə (2 l suya 2 xörək qaşığı sirkə) yumaq lazımdır.

Ülkər/Foodinfo.az