İmmunitetinizi qaldıracaq 5 ədviyyat

Məlumdur ki, orqanizmin sağlamlığı güclü immunitetdən asılıdır. İmmuniteti zəif insan adi qripdən belə ağırlaşa bilər. İmmunitet artıran heç bir sistem, dərman yoxdur. Möcüzə orqanizmin özündə və mövcud olan qida, içki, bitkilərdədir. Siz orqanizmə lazımi maddələri qida ilə verin, immunitet özünə lazım olanı götürəcək.

BakuPost Medicina.az-a istinadən sizə immuniteti möhkəmləndirəcək 5 əlçatan vacib ədviyyatların siyahısını təqdim edir:

1.Darçın

Antioksidant təsiri olub, infeksiyalarla mübarizədə immun aktivliyi stimullaşdırır. Anti iltihab təsir edir. O, antibakterial effekti ilə xəstəliyin kökü, səbəbi ilə mübarizə aparır. Orqanizmi daxildən qızışdırır. Qrip, öskürək, bəlğəm zamanı ilk işiniz isə darçınlı süd və ya çay içmək olsun. Darçının saxtası və Çin variantı da istehsal olunduğu üçün, müalicə məqsədilə Seylon darçını axtarın. Boru formasında olanı alın, toz yox.  əsl darçın papirus kimi qat-qat bükülü olur, nazik və tez ovulur. Saxta darçının orqanizmə faydası yoxdur ki, zərəri var. Bir qədər bala darçın ovub saxlayın, burnunuz qıcıqlanan, soyuqdəymə hiss edən kimi, bu darçınlı baldan istifadə edin.

2.Kəklikotu

Virus əleyhinə, immunitet möhkəmləndirici təsirə malikdir. Bronxit, laringit, angina, öskürəkdə dərmandır.  Bütün bu  yolları dezinfeksiya edir. Mikrob və bakteriyaları öldürür. Uşaqlarda da boğaz qarqarası üçün istifadə edə bilərsiniz. O, bizim genləri, DNT-ni belə qoruyur. Onu salatlara, yeməklərə, kəsmiyə, şora qatıb yeyə bilərsiniz.

3. Sarıkök

Şərqin birinci dərman ədviyyatıdır. Sarıkökün biokimyəvi tərkibi imkan verir ki, o orqanizmdə möcüzələr yaratsın. Sarıkök xərçəng, Alsgeymer, Parkinson, ürək xəstəlikləri, diabet, göz xəstəlikləri, depressiya, dəri problemləri – hər birində güclü immun artırıcı ədviyyatdır. Sarıkök öd və qaraciyəri detoksikasiya edir. Öd sintezini 50% artırır, toksinləri orqanizmdən atır. Onu yeməklərə qatın, südə əlavə edib için, bir qədər qara istiotla qarışdırıb, dil altına qoyub əridib udun.

4.Rozmarin

Antibakterial, göbələk əleyhinə, insulta qarşı təsirlidir. Deyilənə görə, qış aylarında 4 qr rozmarin yarpaqları immuniteti qaldırmaq üçün terapevtik dozadır.
Rozmarin daha çox ət yeməklərinə qatılır. Amma ondan çay və dəmləmələr də hazırlaya bilərsiz.

5.Qara istiot

Xüsusən dənəli qara istiotu alıb özünüz üyüdün. Çalışın ən yaxşı istiotdan alasınız. İstiotda elə efir maddələri var ki, orqanizm üçün əsl oyadıcı bomba rolunu oynayır. İmmunitetit istiotu sevir. Çünki istiot özü mikrobları, virusları tapıb öldürür. İstiot qana, limfaya yaxşı çatsın deyə, günorta və axşam çay qaşığı ucunda dilinizin altına qoyub yavaş-yavaş ağız suyu ilə əridib udun. Südə sarıkök və azca istiot qatıb için. İstiodan bir qədər suda da həll edib içə bilərsiniz. Amma dozanı aşmayın və mədədə xora olmamaq şərtilə istiot qəbul edin.

Tarix: / Foodinfo