Agentlik saxta “süd” satanı ifşa etdi

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində reyd keçirib.

Xəzər Xəbər-in məlumatına görə, reyd zamanı antisanitar vəziyyətdə kustar üsulla hazırlanaraq qablaşdırılan külli miqdarda süd və süd məhsulları aşkar edilib.

Məlum olub ki, Nicat Həmidovun “Real Qrup” MMC-yə məxsus müəssisəsində “Qazax” kənd məhsulları adı altında süd və süd məhsulları istehsal olunur.

Reyd zamanı müəssisədə “Hilal su” adı altına satışa çıxarılan hazır sular da aşkarlanıb. Hazır məhsullar isə gizli yolla kənd təsərrüfatı malları yarmarkalarında satışa çıxarılır.

Reyd zamanı müəssisə əməkdaşları çəkilişə mane olmaq istəyiblər.

Qida Təhlükəsizliyi Agentliyinin nüməyəndəsi Şəhla Yusifzadə bildirib ki, məhsullar lazım olan yoxlamalardan keçmədən istehsal olunur.

Qeyd edək ki, araşdırmaların yekunu olaraq müəssisənin fəaliyyəti barədə qərar qəbul ediləcək.

Tarix: / Foodinfo