Sağlamlıq resepti: 100 xəstəliyə çarədir

Sarımsaq və limon qarışığı ən tanınmış xalq təbabəti reseptlərindən biridir.

Bu qarışığın bir çox faydalı xüsusiyyətləri var:

– damarları möhkəmləndirir, damarları daha elastik edir, damarların partlaması riskini azaldır

– xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərin riskini azaldır

– immun sistemini möhkəmləndirir

– orqanizmdə iltihabı azaldır

– orqanizmə virus və mikrob əleyhinə təsir edir

– dərinin və saçların vəziyyətini yaxşılaşdırır

– qurdqovucu təsir edir

– orqanizmin tonusunu qaldırır

– orqanizmi cavanlaşdırır.

Limon və sarımsaq qarışığının resepti:

– 2 baş sarımsaq

– 6 limon

Hazırlanması:

1. Sarımsağı təmizləyin və blenderdə əzin.

2. Limonları yaxşı yuyun, 4 hissəyə bölün, tumları çıxardın. Qabıqlı şəkildə blenderdən keçirin və sarımsağın üzərinə töküb yaxşı qarışdırın.

3. Qarışığı təmiz şüşə bankaya tökün, bankanı təmiz pambıq parça ilə bağlayın və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlayın. Kütləni hər gün qarışdırmaq lazımdır.

4. 1 həftədən sonra qarışığı qəbul etmək olar. Axşam yatmazdan qabaq qarışıqdan 1 çay qaşığı götürüb 1 stəkan ilıq təmiz suya əlavə edib için.

Bu qarışığı ildə 2 dəfə (yarım ildən bir) hazırlamaq və 2 həftə ərzində qəbul etmək lazımdır.

Tarix: / Foodinfo