Kruvasan belə hazırlanır

Foodinfo.az bu dəfə oxuculara Türk mətbəxindən Kruvasanın (kurasan) hazırlanma qaydasını təqdim edir.

20 ədəd kruvasanın tərkibi

Xəmir üçün: 500 qram un ( 4-5 stəkan), 1 maya, 50 qram yağ, 1 çörək qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 1 stəkan süd, 2 ədədə yumurta.

Kruvasanın arası üçün: 200 qram yağ( marqarin).

Kruvasanın üzəri üçün: 1 yumurta sarısı.

Hazırlanması: Xəmir üçün olan ərzaqlar ( undan başqa) dərin bir qabda qarışdırılır. Sonra az-az un əlavə edilərək yumşaq xəmir yoğrulur. Xəmir 1 saat mayalandırılır. Xəmir gəldikdən sonra oxlovla açılır. Üzərinə otaq temperaturunda yumuşalmış yağ qoyulur və zərif şəklində qatlanır. Daha sonra oxlovla düzbucaqlı şəklində yayılır və qatlanıb selofanın içində soyuducuya qorulur (yarım saat). Bu proses iki dəfə təkrarlanır. Üçüncü dəfə düzbucaqlı şəklində nazik yayılır və uzun üçbucaq şəklində kəsilir. Üçbucağın geniş hissəsinə kiçik kəsik atılır. Kəsik atılan yerdən başlamaqla rulet kimi bükülür. Sonra kalka sərilmiş tavaya yığılıb, üzərinə selofan çəkib yarım saat mayalandırılır. Sonda üzərinə yumurta sarısı çəkilib 200 dərəcədə 15-20 dəqiqə bişirilir.

Qeyd: Yazılışı çox zəhmətli kimi görünsə də, əslində rahat başa gəlir. Zövqə görə kruvasanların içinə damla şokolad da qoymaq olar. Nuş olsun.

Ülkər/Foodinfo.az

Tarix: / Foodinfo