Diabetə qalib gəlməyə kömək edən 10 qida

Qanda şəkərin miqdarını normada saxlamaq üçün sağlam qidalar qəbul etmək vacibdir. Bir neçə sağlam qidanın hesabına isə hətta diabetə qalib gəlmək mümkündür.

1. Çay

Çayın tərkibində şəkərin miqdarını normada saxlamağa kömək edən fitonutrientlər – katexin və tanninlər var.

2. Portağal

Portağallar diabetlə mübarizə aparan fitonutrientlərin – flavonoidlər, karotenoidlər, pektinlər və qlütationların mənbəyidir.

3. Alma

Çalışın almanı qabıqlı yeyin. Onun tərkibində kversetin-flavonoid var ki, bu da öz antioksidantlarının xüsusiyyətləri sayəsində diabeti yüngülləşdirir.

4. Brokkoli

Brokkolo kversetinlərin əla mənbəyidir.

5. Paxlalar

Paxlaların da tərkibində fitonutrientlər var. Bu isə diabetə qarşı mübarizədə çox kömək edir. Qurudulmuş paxlalar daha faydalı olur. Lakin unutmayın ki, hazırlamamışdan qabaq onları bir neçə saat ərzində suda islatmaq lazımdır.

6. Soya paxlası

Soya paxlası zülallar, fitoestroqenlər və izoflavonun ideal mənbəyidir. Soya paxlası qanda şəkəri normada saxlamağa kömək edir.

7. Qoz-fındıq

Onlarda minerallar və faydalı yağlar var. Bunların qida rasionuna daxil edilməsi ürəyinizi qorumaq və şəkəri nizama salmaq üçün faydalıdır.

8. Qulançar

Qlütationun mükəmməl mənbəyi olan qulançarlar qanda şəkəri stabil vəziyyətdə saxlamaq üçün mükəmməl vasitədir.

9. Kök

Kökün tərkibində çoxlu karotenoid mövcuddur. Antioksidant quruluşa malik karotenoidlər isə həm sizin ürəyinizi müdafiə edir, həm də qanda insulinin miqdarını balansda saxlamağa yardımçı olur.

10. Balıq

Balığın tərkibindəki “Omega-3” yağı yalnız ürəyi qorumur, qanda şəkərin səviyyəsini də normada saxlayır.(e-tibb.az)

Tarix: / Foodinfo