Qoz orqanizmi artıq maye və duzlardan azad edir

Şabalıd insan orqanizmi üçün faydalı xüsusiyyətlərə malikdir. Şabalıdın tərkibindəki yağ miqdarı qoz, fındıq, fıstıq və badama nisbətən daha azdır.

Onun meyvəsindən və qabığından mədə-bağırsaq xəstəlikləri, böyrək mənşəli ödəmlər, burun qanaxmaları kimi xəstəliklərin müalicəsində istifadə etmək mümkündür. Kaliumla zəngin olan şabalıd ürək əzələsini tonuslaşdırır, orqanizmi artıq maye və duzlardan azad edir.

Şabalıd eyni zamanda tox saxlamaq xüsusiyyətinə də malikdir. Lakin normadan artıq qəbul etdikdə sürətlə kilo artımına səbəb olur. Araşdırmalara görə 3 ədəd şabalıdın tərkibindəki kalori miqdarı bir çörək dilimindəki kalori miqdarına bərabərdir. Mütəxəssislər artıq çəkidən əziyyət çəkənlərə, hamilələrə (çəkiyə görə) şabalıd yeyərkən diqqətli olmağı tövsiyə edirlər.

Tarix: / Foodinfo