Dünyada bir dəqiqədə xərçəngdən 18 nəfər ölür

Ümumdünya Səhiyyə Təşkilatı xərçəng xəstəliyi ilə bağlı statistikanı açıqlayıb.

Məlumata görə, dünyada hər dəqiqədə 18 nəfər onkoloji xəstəliklərdən həyatını itirir.

Ölümlərin 22 faizi siqaret çəkməklə bağlıdır.

2018-ci ildə dünya üzrə onkoloji xəstəliklərdən ölüm halları belə olub:

-ağciyər-18,4 faiz;
-yoğun bağırsaq-9,2 faiz;
-mədə-8,2 faiz;
-qara ciyər – 8,2 faiz;
-süd vəzisi-. 6,6 faiz;
-qida borusu 5,3 faiz;
-mədəaltı vəzi-4.5 faiz;
-prostat -3,8 faiz;
-digər növlər 35,8 faiz.

Kasıb ölkələrdə onkoloji xəstəliklərə tutulanların təxminən 70 faizi dünyasını dəyişir. (faktor.az)

Tarix: / Foodinfo