“Araz” marketin direktoru məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində payaxtda qətl törətməkdə təqsirləndirilən Surxay Əliyevin cinayət işiüzrə məhkəmə davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Araz” marketin müdiri Fərman Quliyev ifadə verib.

Hadisənin hansı səbəbdən baş verdiyini bilmədiyini deyən şahid qeyd edib ki, olaydan bir gün əvvəl tərəflər arasında mübahisə olmasından xəbərdar olub: “Onlar yeməkxanada mübahisə ediblər. Masada əyləşəndə biri masanı özünə tərəf çəkib. Buna görə də mübahisə başlayıb. Sonradan xəbər tutub onları yanıma çağırdım, ikisi də üzrxahlıq elədilər. Bir daha belə bir hal olmayacağını deyib barışdılar”.

Digər şahid Ənvər Babalı ifadəsində bildirib ki, hadisədən sonra xəbəri olub. O, təqsirləndirilən və zərərçəkmişlərin, sadəcə, yeməkxanada mübahisə etdiklərini bildiyini söyləyib.

Məhkəmənin növbəti iclası yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” Supermarketlər Şəbəkəsinin əməkdaşları Vüqar Hüseynzadə və Kənan Səlimov bıçaqlanıb. Nəticədə V.Hüseynzadə dünyasını dəyişib, K.Səlimov isə xəstəxanaya yerləşdirilib. (Report)

Tarix: / Foodinfo