Türkiyədə son 15 ilin ən yüksək inflyasiyası oldu: bibər 87% bahalaşdı

2019-cu ilin yanvar ayında Türkiyədə istehlakçı qiymətləri əvvəlki ayla müqayisədə 1,06%, ötən ilin eyni dövrünə nisbətdə isə 20,35% artıb.
Bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir. Hesabata əsasən, aylıq ən yüksək artım 6,43%-lə qida və alkoqolsuz içkilər sektorunda olub. Aylıq ən çox azalma isə 7,95%-lə geyim və ayaqqabı sektorunda müşahidə olunub. İllik hesablamada ən yüksək artım 30,97%-lə qida və alkoqolsuz içkilər qrupunda qeydə alınıb. Nəticədə  qida qiymətlərindəki inflyasiya 2004-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Yanvarda Çarlston bibərinin qiyməti 87%, badımcan isə 80% bahalaşıb. Bununla da 2004-cü ildən bəri ən yüksək illik yanvar ayı inflyasiyası qeydə alınıb. (Yeniavaz.com)

Tarix: / Foodinfo