“Qida sənayesinə gənclərin dəstəyi” layihəsi yekunlaşdı

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə start götürən “Qida sənayesinə gənclərin dəstəyi” layihəsi başa çatıb.
Layihə rəhbəri Aytən Pirverdiyeva məqsədin qida təhlükəsizliyi və rəqabət qabiliyyətli sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin istiqamətləri mövzularında gəncləri maarifləndirmək, onların qida sənayesinə maraqlarını artırmaq olduğunu bildirib.
Təlim və ekskursiyadan ibarət olan layihə iki gün davam edib.
Layihənin növbəti mərhələsində Azərbaycan Turizm və Menecment Universitetinin “Qida mühəndisliyi” fakültəsinin tələbələrinin Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən Kənd Təsərrüfatı muzeyinə ekskursiyası təşkil olunub.
Muzeydə Azərbaycanın kənd təsərrüfatının bütün sahələrini özündə əks etdirən müxtəlif bölmələr var.
Həmin bölmələr və buradakı eksponatlarla bağlı tələbələrə maraqlı məlumatlar verilib.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Foodinfo.az

Tarix: / Foodinfo