AQTA 105 min manat cərimə yazıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 2018-ci ildə sahibkarliq sahəsində apardığı yoxlamalar nəticəsində 87 inzibati cərimə yazılıb.

Ötən il agentlik tərəfindən yazılan cərimələrin ümumi miqdarı 105150 manat olub. Bundan başqa 20 məhsulun istehsalı , 14 məhsulun satışı dayandırılıb. 31 ton kişmiş, 64 ton günəbaxan tumu, 3 ton süd məhsulu, 3620 litr spirtsiz içki zərərsizləşdirilib.

Qurumun sədri Qoşqar Təhməzli bildirib ki, qaynar xəttə zəhərlənmə ilə bağlı 168 müraciət olub. Onlardan 77-nin həqiqətən zəhərlənmə faktı olduğu aşkar edilib. Həmin şəxslərdən 1 nəfəri zəhərlənmədən dünyasını dəyişib.

Sədr bəzi şadlıq saraylarında spirtli içkilər bahalı markanın şüşələrinə doldurularaq bahalı məhsul adı ilə təqdim edildiyini, əslində isə həmin məhsullarin zərərli olduğunu bildirib. (Femida.az )

Tarix: / Foodinfo