“Mağazada hansısa ərzağı hədəfə almaq qida təhlükəsizliyi demək deyil…”

“Bu gün ölkəmizə gətirilən undan tutumuş digər ərazaqların hamısı genetik molekulyasiya olunmuş ərzaqlardır”
Bunu Moderator.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla qida təhlükəsizliyindən danışarkən deyib. A.Qeybulla bildirib ki, qida təhlükəsizliyinə köklü yanaşılmalıdır:
“Qida, su və dərman təhlükəsizliyi milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Əslində, qida təhlükəsizliyi onun ölkəyə daxil olmasından başlayır. Bu gün ölkəmizə gətirilən undan tutumuş digər ərazaqların hamısı genetik molekulyasiya olunmuş ərzaqlardır. Azərbaycan balaca bir ölkəndir və buna ehtiyacı varmı? Bunları isə həyata keçirən oliqarxlar, monopolislərdir. Əgər biz bunu milli təhlükəsizlik konsepsiyasına daxil ediriksə, birinci bundan başalamaq lazımdır. Yoxsa ki, gedib hansısa kasıbın müəyyən işlərini məhdudlaşdırmaq və yaxud bir mağazada hansısa ərzağı hədəfə almaq qida təhlükəsizliyi demək deyil. Biz bu məsələlərə köklü yanaşmalıyıq. Əgər burada millətin təhlükəsizliyindən söhbət gedirsə, buna yanaşma dəyişməlidir. Yoxsa ki, korporativ maraq fonunda həll olunacaqsa, bu, yalnız qeyri-səmimi bir münasibət olacaq”.
A.Qeybulla efirlərimizdə həkim və dərman reklamlarının da qanunsuz olduğunu bildirdi:
“Siz diqqət edin ki, bu gün efirlərimizdə Xoşqədəm Hidayətqızının və Zaur Baxşəliyevin verilişlərində həkim və dərman reklamları qeyri-qanunidir və əslində bunlar qanun boşluğundan sui-istifadə hallarıdır. Buna yol vermək olmaz, yəni ölkədə bunlar bir qaydaya salınmalıdır. Biz dünyanın getdiyi yolla getməliyik”.

Tarix: / Foodinfo