Spaqetti yeyən 20 yaşlı oğlan ölüb

5 gündən qalan spaqettini yeyən tələbə oğlan gecə yuxudaykən dünyasını dəyişib.

\Otaq temperaturunda 5 gün müddətinə qalan spaqettini tomat sousu ilə yeyən oğlan yatmağa gedib. Səhəri gün onun otağına girən valideynləri övladlarının cansız bədəni ilə qarşılaşıblar.

Autopsiya nəticələrinə görə, Belçikanın paytaxtı Brüsseldə yaşayan oğlanın ölüm səbəbi qida zəhərlənməsidir. Onun bədəninə köhnəlmiş xörəkdən “Bacillus cereus” adlanan bakteriya düşüb.

Qida Standartları qurumundan bildirilib ki, “Bacillus cereus” qusmaya və ishala səbəb olan, toksin istehsal edən bakteriyadır.

O, zəhərləndiyini düşünərək xeyli su içib və dərman qəbul etməyib. Bu səbəbdən də onun qaraciyəri fəaliyyətini dayandırıb.

Qeyd edək ki, bu barədə məlumat “Clinical Microbiology” jurnalında dərc olunub. (sonxeber.az)

Tarix: / Foodinfo