Bu rayonda organik pomidor yetişdirilir

Ağstafa rayonunun Həsənsu kəndinə yerləşən “Karvan-L EKO” MMC-də Organic Pomidor yetişdirilir.

Foodinfo.az xəbər verir ki, məhsulun becərilməsi tam təbii üsüllar ilə heyata keçirilir. Yetişdirilən pomidor dağ suyu ilə suvarılır. Bitkinin tozlaması üçün arılardan istifadə olunur. İstifadə olunan torpaq minerallar ilə zəngindir və şirkətin laboratoriyasında analiz olunur. Torpağın zəngilləşdirilməsi təbii kübrələr ilə həyata keçirilir.

Tarix: / Foodinfo