Arıqlamaq istəyənlər gərək bunlara mütləq diqqət etsin

Dietoloq Məlahət Kərimova düzgün arıqlamaq istəyənlər üçün öz məsləhətlərini verib. Həmin məqaləni oxuculara təqdim edirik.

Qidalanma insanın xəstəliklə profilaktikasında və müalicəsində ayrılmaz bir hissədir. Buna əsasən gərək qidalanma inqridientlərə görə balanslaşsın, yəni insan orqanizmində gedən maddələr mübadiləsinə uyğun olsun. Əvvəlki məqalədə də yazıldığı kimi, hər bir insanın yaşına, çəkisinə, boyuna görə uyğunlaşdırılmış kkalorisi və ona uyğun pəhriz menyusu olmalıdır. Məsələn, pasient kökəlmədən əziyyət çəkirsə, mütəxəssislər ona pəhriz tətbiq edə bilməz. İlk olaraq xəstənin kökəlməsinin əsas səbəbi araşdırılmalıdır. Ümumi baxış keçirilməlidir. Burda qanın ümumi analizi, biokimyəvi analizlər,TSH hormonları, mədə-bağırsaqdakı vəziyyətə (eroziya, xora) baxılmalıdır. Pasient hər hansı bir pəhrizi saxlayarkən – məsələn, səhər – 2 ədəd ananas, günorta tərəvəz salatı, axşam isə ananas şirəsi və ya limonlu sodalı su içirsə, xəstənin mədə-bağırsaq sistemində gələcəkdə hər hansı bir fəsadın ortaya çıxması ilə qarşılaşa bilərik. Doğrudan da əgər heç bir problemlər yoxdursa, normal kkaloriyə uyğun arıqlama pəhrizi verilə bilər. Təbii ki, bu dietdə də sağlam, düzgün qida rasionu balanslaşdırılmalıdır.

Düzgün arıqlama pəhrizində CHO miqdarı (40-50%) az, zülalar normal (16 %), yağların miqdarı (10%) olmalıdır. Yadda saxlamaq lazımdır ki, hər bir qidanın tərkibində  kalori vardır. Piylənmənin əsas səbəblərindən biri də qəbul etdiyimiz kalorini xərcləməməyimizdir. Fiziki hərəkətin azlığı, yeməkdən sonra oturmaq, yatmaq, tv və kompüter qarşısında vaxt keçirmək piylənməyə yol açar. Daha çox karbohidratlı qidalardan düzgün şəkildə  istifadə  etməmək, yağlı qidalarin rasiona daxil edilməsi, şirniyyatların normadan çox yeyilməsi, qazlı içkilərin istifadəsi piylənməyə yol açar. Normalda aldığımız karbonhidratlardan (düyü, makaron, spagetti və s.) gün ərzində sağlam insan 4-6 xörək qaşığı yeməlidir. 2 xörək qaşığı düyü  1 dilim çörəyə bərabərdir. Amma biz bir oturumda çoxlu düyü yeyirik.

Maye sərbəstdir.

Mütləq ayda 2 dəfə yükləndirilmiş pəhriz tutulmalıdır.

Tarix: / Foodinfo