Şüyüdün sağlamlığa möhtəşəm faydaları

Şüyüd xüsusilə salatlarda və tərəvəz yeməklərində istifadə olunan bir bitkidir.

Bu xoş qoxulu, ləziz bitkinin sağlamlığa faydalarını öyrəndikdə mətbəxinizdən əksik etməyəcəksiniz. Çox istifadə olunmayanvə hər kəsin sevmədiyi şüyüdün əslində sağlamlığa bir çox faydası var.

Şüyüd haradasa kalorisiz bir qidadır. 100 qram şüyüddə təxminən təxminən 17 kalori var. Pəhriz edənlər üçün möhtəşəm bir qida olan şüyüdü yeməkdən 15 dəqiqə əvvəl yedikdə aclıq hissini azaldaraq daha az yemənizi təmin edir.

Olduqca yüksək qida dəyərlərinə sahib olan şüyüd C vitamini baxımından da çox zəngindir. Bir dəstə şüyüd gündəlik C vitamini ehtiyacımızın 40 faizini qarşılayır.

Tərkibində A, C və E vitaminləri, kalsium, potasium və dəmirlə güclü antioksidan xüsusiyyəti daşıyan şüyüd zərərli maddələri bədənimizdən uzaqlaşdırır, immunitet sistemini gücləndirərək xəstəliklərə qarşı qoruyur.

Yüksək kalsium tərkibi sayəsində sümüklərin güclənməsinə də faydalıdır. sümük sağlamlığını qoruma xüsusiyyəti ilə də irəli yaşlarda baş verən sümük əriməsinin qarşısına keçir.

Şüyüddəki uçucu yağlar əsəbləri sakitləşdirir, bədəndə sakitləşdirici bir rol oynayır. Stres səbəbi ilə meydana gələn yuxu problemlərini də aradan qaldırır.

Şüyüd davamlı istifadə edildikdə ağızda meydana gələn qoxuları aradan qaldırır. Tərkibindəki antioksindanlar sayəsində xərçəng riskini azaldır və xərçəngə qarşı qoruyur.

Mənbə: Metbuat.az

Tarix: / Foodinfo