Zəhərlənmə zamanı bu qidalar kömək edər

Təcili müalicə etmək üçün mükəmməl bir çarə

Zəncəfil: Qida zəhərlənməsi yaşayanlar da daxil olmaqla​ hər cür həzm problemini müalicə etmək üçün mükəmməl bir çarədir. Mədə qıcqırması, ürək bulanması və qida zəhərlənməsi ilə əlaqəli digər əlamətləri dayandırmaq üçün günorta və ya axşam yeməyini yedikdən sonra, bir stəkan zəncəfil çayını için. Zəncəfil çayı hazırlamaq üçün, bir çay qaşığı rəndələnilmiş zəncəfili bir stəkan suda bir neçə dəqiqə dəmləyin, bir az şəkər və ya bal əlavə edin.

Alma sirkəsi: Təbii asidik olmasına baxmayaraq alma sirkəsinin bədənə qələvi təsiri də vardır. Beləcə, müxtəlif qida zəhərlənməsinin əlamətlərini yüngülləşdirir. Mədə-bağırsaq sistemini tənzimləyər və bakteriyaları məhv edir. İki qaşıq alma sirkəsini bir fincan isti su ilə qarışdırıb yemək yemədən əvvəl içə bilərsiniz.

Limon: Limon antiinflamatuar, antiviral və antibakterial xüsusiyyətləri ilə rahatlamanı təmin edə bilər. Limon turşusu, qida zəhərlənməsinə səbəb olan bakteriyaları məhv etməyə kömək olur. Bir çay qaşığı limon suyuna bir parça şəkər əlavə edib, gündə iki-üç dəfə için.

Reyhan: Reyhan qida zəhərlənməsinin səbəb olduğu qarın narahatlığını azaltmaq üçün mükəmməl bir bitkidir. Mikroorqanizmlərlə mübarizədə​ kömək olan reyhan antimikrob xüsusiyyətlərə də malikdir. Reyhanın​ faydalarını müxtəlif şəkillərdə ala bilərsiniz. (Milli.az)