Körpə  uşaqlar üçün raziyanalı balıq pürəsi

Uşaq yeməkləri  arasında ən çox diqqət çəkən yemək təriflərindən biri olan Raziyanalı balıq pürəsi  tərifini böyük bir keyiflə hazırlamağınızı və sevdiklərinizlə birlikdə nuş etməyiniz arzulayırıq.

Körpə  uşaqlar üçün raziyanalı balıq pürəsi hazırlamağa lazım olan ərzaqlar:

150 q raziyana ,

1 şirniyyat  qaşığı limon suyu,

1 şirniyyat qaşığı  kərə yağı,

250 q  balıq

Körpə  uşaqlar üçün raziyanalı balıq pürəsinin hazırlanma qaydası:

  • Raziyananı yaxşıca yuyub doğrayın və 35 dəqiqə buxarda bişirin.
  •   Raziyananı   kərə yağı ilə  qarışdıraraq  pürə  halına salın.
  • Balığı 5 dəqiqə  buxarda bişirin, limon suyu səpin və   əzərək  pürə halına salın.
  • Raziyana  pürəsi ilə balıq pürəsini bərabər qataraq körpəyə  yedirin.
  • Bu tərifi 8 aydan etibarən  uşaqlarınıza  yedirdə  bilərsiniz.
  • Nuş olsun! (1001dad.com)