Sonsuzluğa, xərçəngə səbəb olan GMO məhsullar – VİDEO

Geni dəyişdirilmiş qidalar haradan gəlir?

Bitkilərin, heyvanların genində bir və ya bir neçə elementin yerini dəyişməklə genetik modivikasiya olunmuş məhsullar (GMO) yaradılır. Məhsulun geninin dəyişdirilməsi ilə bol məhsuldarlıq əldə etmək mümkün olduğu üçün bəzi ölkələr yaranan ərzaq qıtlığından çıxış yolunu məhz GMO məhsullardan istifadədə görür.

Məhsuldarlığın bol olması əksər sahibkarlara çox cəlbedici gəlir. Elə buna görə də demək olar ki, GMO məhsullar bütün dünya ölkələrinə ayaq açıb. Azərbaycana da gəlib çıxan belə məhsulların zərərləri isə təxmin edildiyindən də çoxdur.

Belə məhsulları təkcə insan sağlamlığına ziyan vurmur, hətta becərildikləri sahələri də yarasız hala salır. Mütəxəssislər geni modivikasiya olunmuş qidalardan qorunmaq üçün bir neçə məqama diqqət yetirməyi tövsiyə edirlər.

Əksər inkişaf etmiş ölkələrdə bu məhsullara qadağa qoyulub. Azərbaycanda isə GMO məhsullar “Ekoloji təmiz kənd təsərrüfatı barədə qanun”a əsasən ekoloji təmiz olmayan qidalar kimi qəbul edilib.

AQTA-dən verilən məlumata görə, ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən qida məhsulları daim nəzarətdə saxlanılır. Agentlik bəyan edir ki, GMO məhsulları ilə bağlı şübhə yarandığı zaman quruma müraciət edə bilərlər.

 

Tarix: / Foodinfo