Qida və kənd təsərrüfati mövzusunda seminar keçiriləcək

Hörmətli sahibkarlar,

Sizi BMT-nin 2015-ci ilin sentyabr ayında keçirilən tarixi sammitində dünya liderləri tərəfindən qəbul edilmiş “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) tətbiqi çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərüfatı Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasının birgə təşkilatçılığı ilə 25 yanvar 2019-cu il tarixində “Holiday Inn” hotelində “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi prosesinə özəl sektorun təşviq edilməsi: Qida və kənd təsərrüfatı” mövzusunda keçirilən seminarda iştirak etməyə dəvət edirik.

Seminarın əsas məqsədi

Seminarın əsas məqsədi Azərbaycanda özəl sektorun DİM-lərin tətbiqinə cəlb olunmasını təhlil etmək və ərzaq və kənd təsərrüfatı sahələrinə xüsusi diqqət yetirərək bu sahədə mümkün potensial imkanlarını və birgə maraqları müzakirə etməkdir. Seminarda eyni zamanda müxtəlif ölkələrdən öyrənilmiş yaxşı təcrübələr və onların Azərbaycan mühiti üçün uyğunluğu da müzakirə olunacaqdır.

Kimlər iştirak edə bilər?

Tədbirdə ərzaq, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və eyni zamanda “Yaşıl iqtisadiyyat” sahələri üzrə fəaliyyət göstərən özəl sektor nümayəndələri iştirak edə bilərlər.

Seminarın işçi dili ingilis dilidir. Tədbir iştirakçıları Azərbaycan dilində tərcümə ilə təmin ediləcəkdir.

Seminarın ilkin Gündəliyi ilə əlavədə tanış ola bilərsiniz.

Əlaqələndirici şəxs:

Fuad Hümbətov

Beynəlxalq əlaqələr və biznesin inkişafı məsələləri üzrə Baş katibin müavini

Tel: +994124657242 (daxili 110)

E-mail: fhumbatov@ask.org.az

Tarix: / Foodinfo