Məşhur içkilərin tarixi: ayran, qəhvə, çay nə vaxtdan içilir? – FOTOLAR

Çay, qəhvə, ayran, kefir, kola, boza, kımıs və s. kimi içkiləri nə zamandan bəri içirik?

Heç düşünmüsüz?

Qəhvə– sözü Həbəşistanın “Qəffə” sözündən götürülüb.

Qovrulmuş və üyüdülmüş qəhvə dənəciklərindən hazırlanmış isti içki. Dünyanın bir çox ölkələrində kofe adı ilə məşhurdur. Bu içki tərkibində olan kofein sayəsində stimullaşdırıcı təsirə malikdir.İlk dəfə qəhvə Həbəşistanın cənub qərbində yerləşən Qaffa bölgəsində aşkar olunmuşdur. Sonralar qəhvə Mərkəzi Ərəbistana gətirilir. Yəmənin cənub qərb hissəsində becərilir. Bu günə kimi də Yəmən dünayada ən böyük qəhvə istehsalçısıdır. Hazırda dünayda 50-dən çox ölkədə qəhvə bitkisi növləri becərilir.

Qəhvənin hazırlanmasının Həbəşistan üsulu ən qədim üsul sayılır. Dənəciklər qovrulduqdan sonra üyüdülür. Üyüdülmüş qəhvə tozu su və qəndlə birlikdə qaynadılır və Yabana adlanan maye hazırlanır. Onu kiçik piyalədə içirlər.

Çay-çay kolunun yarpaqlarını dəmləməklə və ya qaynatmaqla əldə edilən içkidir.

Картинки по запросу çay

Öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi qədim Çində tez həlledilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş‚ soyuq çay, hətta üzvi çay (ekoloji cəhətdən təmiz ərazilərdə becərilən bitki ibtidai dövrlərdə olduğu kimi emal edilir) formalarına qədər inkişaf etmişdir. Çayın tarixində daha maraqlı rəqəm 1908-ci ildə geniş yayılmış paket (birdəfəlik) çayların ABŞ-da istehsalıdır.

Çin əfsanələrinə görə, çay miladdan öncə 2737-ci ildə yaylaqda gəzintiyə çıxan “Shen Yung” adlı imperatorun isti suyuna təsadüfən çay yarpağı düşməsi ilə kəşf edilib.

Ayran – nehrədə yağı alınmış qatığın qalığı, yüksək kalorili qida məhsuludur. O qatığa su və duz əlavə etməklə də əldə edilir.

Похожее изображение

Ayranın yaranma tarixi çox maraqlıdır. Belə ki, Göytürklər zamanında turşumuş qatığın (yoqurdun) turşuluğunu azaltmaq məqsədilə ona su qatmışlar. Və belecə yeni içki növü, yəni ayran meydana çıxmışdır.

Kefir – yüksək kalorili qida məhsuludur. O südün mayalanmasından əldə edilir.

Картинки по запросу kefir

Adətən açıq-sarı rəngdə olur. Qədim zamanlardan bəri xüsusilə Qafqaz bölgəsində istifadə edilib.  Bu gün isə Avropa və Amerika ölkələrində kommersiya məqsədilə istehsal olunan süd turşusu və spirt fermantasiyasının köməyi ilə hazırlanan köpüklü, yüngül turşməzə qıcqırmış süd məhsuludur.Tərkibində olan canlı bakteriyalar insan sağlamlığına xeyirdir.

Kefir dənəsində torula mayaları, Saccharomyces sp, Lactococcus spp, Lactobacillus spp,leuconostoc spp kimi mikroorqanizmlər olur. Bunların fəaliyyəti nəticəsində süd turşusu, etil spirt və karbondioksid meydana gəlir. Kefir dənəsi içərisində olan mikroorqanizmlərdən bəziləri süd şəkərini parçalayaraq süd turşusu yaradır və süd laxtalanır. Mikroorqanizmlərdən bəziləri isə karbondioksid və etil spirt əmələ gətirirlər.

Kapuçino-İtaliyaya xas qəhvə içkisidir.Ənənəvi olaraq ikiqat espresso və su buxarı ilə köpük halına gətirilmiş süd ilə hazırlanır.
Картинки по запросу cappuccino
O, Latteyə bənzər qəhvədən hazırlanan içkidir. Latte İtaliyan içkisi olub espresso kofedən və süddən ibarətdir. Kapuççinonun Lattedən fərqi əlavə olunan südün isti olmasıdır. Bu ad ona “Capuchin” adlı rahibin şərəfinə verilib. Kapuçinonun Avropadan digər dövlətlərə yayılması II Dünya müharibəsindən sonra olub və bu içki şərq dövlətlərində də qərbdəkindən az sevilməyib.
Standart kapuçino hazırlamaq üçün ilk öncə espresso hazırlayıb, üzərinə isidilmiş və üzəri çox köpürdülmüş süd əlavə olunur.
Kumıs və ya Qımız — madyan südünün fermante edilməsiylə əldə edilən ənənəvi içkidir. Mayalanan kımızın tərkibində spirt faizi kefirdən çoxdur.
Картинки по запросу kımız
Ən əski köçəri xalq olan türklərin milli içkisi. Asiya çöllərində yaşayan qırğız, başqırt, qazax, monqol, yaqut və özbək xalqları arasında bu gün də əhəmiyyətli bir içkidir. Kumıs, həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi. Türklərdən və türklərin buyruğu altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V.Eberxardt yazırdı ki, “qımız içilən sahələrdə türklər yaşamışlar”.
Kola – adlı içki 1886-cı ildə  ABŞ-ın Georgiya ştatının Kolumbus şəhərinin sakini farmaseft Con Stis Pemberton tərəfindən ixtira edilib. Morfinin əvəzləyicisi kimi istifadə edilib. İndi dünyada ən sevilən içkilərdən biridir.
Картинки по запросу kola
Boza – qış içkisi kimi tanınır. Tərkibində süd, şəkər tozu və darı mannası var. Orta Asiyada yayılmış türk içkisidir. Ləb-ləbi ilə servis edilir. Soyuq havalarda hər bir dərdin dərmanıdır.
Osmanlı şərbəti – Şərbət sözünün mənası ərəbcədən “içki” deməkdir.
Osmanlı şərbəti dünyada çox məşhurdur. Tərkibində bal, gül ləçəkləri, ədviyyatlar, giləmeyvələr, meyvələr var. Osmanlı imperiyasının dövründə yeni doğulmuş şahzadələrin dünyaya gəlməsi şərəfinə şərbət paylanılırdı. “Dəmir Hindi Şərbəti” Osmanlı mətbəxinin ən məşhur içkilərindəndir.  (Kolgemedia.az)