FAO Azərbaycanı bu sahədə nümunə göstərdi

“Azərbaycan hökumətinin kənd təsərrüfatı sahəsində atdığı addımlar digər ölkələr üçün nümunə ola bilər.”
Foodinfo.Az Trend-ə istinadən xəbər verir ki, bunu BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktor müavini Vladimir Raxmanin FAO ilə Azərbaycanın tərəfdaşlıq proqramının işə salınmasına həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafını ölkə iqtisadiyyatının çoxvektorluluğunun təmin olunması üçün prioritet istiqamət müəyyən edib:

“Azərbaycan kənd təsərrüfatı məhsullarının istehsal və emal həcminin artırılmasını ön plana çıxarır. Kənd təsərrüfatı sektorunun inkişafı baxımından Azərbaycan hökuməti təkcə yerli istehsalın artması üçün yox, həm də bu sektorun ixrac potensialının artması üçün çoxlu səy göstərir”.

V.Raxmanin bildirib ki, FAO ilə Azərbaycanın tərəfdaşlığı 20 ili əhatə edir:

“Bizim Azərbaycanla əməkdaşlığın prioritet istiqamətləri kənd təsərrüfatının inkişafının dəstəklənməsi, kənd əhalisinin həyat şərtlərinin yaxşılaşdırılması, eləcə də bu sahədə islahatların keçirilməsi üçün Azərbaycan hökumətinin dəstəklənməsidir”.

Tarix: / Foodinfo