“Ayaqqabı badımcan dolması” – RESEPT

Foodinfo.az bu dəfə oxuculara “Ayaqqabı badımcan dolması”nın (bəziləri buna “qaloş dolması” deyir) reseptini təqdim edir.

Lazım olan ərzaqlar:

4 ədəd böyük uzunsov badımcan

100-150 qram ət

1 ədəd qırmızı bibər

1 ədəd yaşıl bibər

1 ədəd sarı bibər

1 ədəd sogan

3 diş sarımsaq

0,5 cay qaşığı kişniş tumu

0,5 dəstə cəfəri

Duz, istiot (zövqə görə).

Beləliklə, başladıq:

Badımcanları yaxşıca yuyuruq, şəkildə gördüyünüz kimi bıçaqla arasını kəsib qaloş formasını alırıq, duzlu suda 5 dəqiqə saxlayırıq. Badımcanın içini hazırlamaq üçün əti kifayət qədər xırda-xırda doğrayıb soğanla birlikdə azca yağ tökülmüş tavada qovurub kənara qoyuruq. Üzərinə xırdaca doğranmış rəngli bibərləri, sarımsaq, kişniş tumu, xırdalanmış cəfərini və duz-istiotu əlavə edərək qarışdırırıq.

Duza qoyulmuş badımcanları azca qızartdıqdan sonra hazırladığımız içliyi badımcanın arasına toküb 15 dəqiqə bişiririk. Bişdikdən sonra boşqaba qoyuruq, pomidorun qabığını soyub gül forması düzəldir və badımcanın baş hissəsinə qoyuruq. Əlimizin altında hansı göyərtidən varsa yarpaq kimi gülün qırağına qoyuruq. Badimcanın ayaq tərəfinin altına azca qalxsın deyə pomidor dilimi yerləşdiririk və servis edirik. Nuş olsun!

Foodinfo.az

Tarix: / Foodinfo