Ərzaqların saxlanma müddəti və qaydaları – SİYAHI

Foodinfo.az bu dəfə oxuculara müxtəlif ərzaqların saxlanma müddəti və qaydalarını təqdim edir. Qeyd olunan müddətdən sonra adları çəkilən ərzaqlardan istifadə etməyiniz məsləhət deyil.

Un, nişasta, düyü,vələmir, manna yarması – 6 aydan 1 ilə kimi(quru, sərin, havası dəyişən yerdə, qapağı bağlı qablarda,ya da öz qablamasında);

Noxud, lobya, mərci –  1 ilə kimi (qapağı açıq qablarda, sərin, havası dəyişilən yerdə. Polietilen torbada saxlamaq olmaz);

Usaq yeməyi, quru süd – 3-6 ay ( vaxtın ötməməsinə dəqiq nəzər yetirməl, çox soyuq , havası dəyişilən yerdə,qapağı bağlı qablarda);

Soda, vanil, limon turşusu – 6 ay  (quru yerdə);

Qənd – 2-3 il  (quru yerdə, qapağı bağlı qablarda);

Duz – 1-2 il (quru yerdə, qapağı bağlı qablarda);

Ədviyyat – 2-6 ay (quru,qaranlıq yerdə, qapağı bağlanan və üstündə adı yazılmış qablarda);

Xardal – 6 ay (soyuq yerdə);

Sirkə – 2 il;

Şəkərlə qatılaşdırılmış süd – 3 ay;

Bitki yağı – 3 aya qədər (quru, soyuq, havası dəyişilən qaranlıq yerdə);

Ət konservləri  – 2 il (quru, havası dəyişilən, soyuq yerdə, pas atmamalıdır);

Meyvə konservləri (mürəbbələr, riçallar, povidlo) – 1 il (öz qabında, günəş şüalarından qorumaqla);

Bal – 1 il.

Foodinfo.az

Tarix: / Foodinfo