Limonlu Hind Şorbası

Foodinfo.az maraqlı şorba resepti təqdim edir

Ərzaqlar

  • 700-800 q toyuq filesi (qaynadıb iri doğramaq)
  • 1,5 l toyuq bulyonu
  • 2 ədəd baş soğan (xırda doğranmış)
  • 400 q gül kələmi
  • 100 ml yağlı qaymaq
  • 1-2 diş sarımsaq
  • 2 x.q. yağ
  • 1-2 x.q. limon şirəsi
  • 1/4 ç.q. üyüdülmüş zəncəfil
  • 2-3 x.q. kokos yonqarı (quru tavada azacıq qızartmaq)
  • 1 ç.q. karri
  • duz
  • çili istiotu

Hazırlanması

  1. Yağı əridin, soğan, sarımsaq əlavə edib 3-4 dəqiqə qızardın.
  2. Zəncəfil, karri, un vurub qarışdırın, 2 dəqiqə qovurun.
  3. Sonra bulyon və qaymaq tökün.
  4. Qaynara düşənəcən gözləyin, 5 dəqiqə qaynadıb gül kələmini əlavə edin.
  5. Həddən artıq bişirməyin ki, kələm əzilməsin.
  6. Hazır şorbaya toyuq əti, duz, çili istiotu, kokos yonqarı, limon şirəsi əlavə edib qarışdırın.

Nuş olsun!

(metbexdenxeberler.com)