Zeytun boyda qarpız yetişdirdi – VİDEO

Antalyada bir şirkətin istehsal etdiyi zeytun boyda  qarpız böyük maraq doğurub.

Xiyar, badımcan, rəngli karnabahar və kök kimi məhsulları istehsal edən şirkət 26-cı  beynəlxalq qida və içkilər sərgisində yetişdirdiyi zeytun boyda qarpızı sərgiləyib. Bu sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Şirkətin baş direktoru Mustafa Erüst  bildirib ki,  13 növ  çiçək , 20-yə yaxın minyatür  tərəvəz və 180 növ müxtəlif ədviyyat, otlar və məhsullar istehsal ediblər.

Meyvə və tərəvəzi uşaqlara sevdirmək məqsədi ilə belə bir məhsulu istehsal etməyə başladıqlarını deyən M.Erüst  bildirib ki, miniyatür məhsullar uşaqların daha çox diqqətini cəlb edir. (Maide)

Tarix: / Foodinfo