Evdar qadınlara FAYDALI MƏSLƏHƏTLƏR

Foodinfo.az evdar qadınlara növbət faydalı məsləhətlərini təqdim edir:

  • Daşıb tökülməsin deyə, südü qaynatdınız qazanın dibinə azca yağ yaxın.
  • Südün tez qaynamasını istəyirsinizsə, onu qaynatdığınız qazana azca şəkər tökün.
  • Daha ləzzətli və ağ olması üçün düyünü qaynatdığınız suya azca sirkə tökün.
  • Kartofu qaynadarkən onu bir neçə yerdən deşsəniz, bişəndə çatlayıb dağılmaz.
  • Tərəvəz şorbasını vam odun üstündı bişirmək lazımdır. Belə etsəniz tərəvəzlərin tərkibindəki vitaminlərin əksəriyyəti parçalanmaz.
  • Çox duzlanmış bulyona bir neçə çiy kartof salıb qaynatmaqla onu duzsuzlaşdırmaq olar.

Ülkər/Foodinfo.az

Tarix: / Foodinfo