Azərbaycanda satılan şokoladın üzərində ermənicə yazı var, amma… – VİDEO

Tanınmış marketoloq Müşfiq İskəndərov öz şəxsi Facebook profilində çox qəribə və öz dövlətini, dilini, millətini sevən hər bir azərbaycanlının baxarkən təəssüf etdiyi, buna səbəb olanlara hiddətləndiyi bir videogörüntü paylaşıb.

Foodinfo.az Avtosfer.az-a istinadla verdiyi xəbərə görə, Azərbaycanda satılan “Roshen” şirkətinin istehsalı olan şokolad qutusunun arxasında satılan malın tərkibi haqqında müxtəlif dillərdə məlumatlar əks olunur. Ancaq Azərbaycanda satılan malın üzərində Azərbaycan dilində heç bir yazı yoxdur. Hələ məsələ bununla kifayətlənmir. Bu qutunun üzərində erməni dilində məlumatlar var.

Burada istehlakçılarının hüququ pozulub. Amma əsas məsələ o deyil. Necə ola bilər ki, bu istehsalçının malını sifariş verən, Azərbaycanda satışını təşkil edən şirkət əməkdaşları bunu nəzərə almayıb və sifariş verəndə istehsalçı qarşısında bu tələbi irəli sürməyib? Yoxsa Azərbaycan dili onların dili, ermənilər də düşməni deyil? İnanırıq ki, aidiyyatı orqanlar və rəsmilər tezliklə bu biabırçılığı aradan qaldıracaqlar.

 

Tarix: / Foodinfo